ATƏT sədri Gürcüstanın baş naziri ilə regiondakı vəziyyəti müzakirə edib

ATƏT sədri Gürcüstanın baş naziri ilə regiondakı vəziyyəti müzakirə edib Gürcüstanda rəsmi səfərdə olan ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde bu ölkənin baş naziri Giorgi Qaxariya ilə görüşüb
Region
16 Fevral , 2021 13:49
ATƏT sədri Gürcüstanın baş naziri ilə regiondakı vəziyyəti müzakirə edib

Gürcüstanda rəsmi səfərdə olan ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde bu ölkənin baş naziri Giorgi Qaxariya ilə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, tərəflər Gürcüstanın işğal altında olan ərazilərindəki durumu, regiondakı vəziyyət və həyata keçirilən demokratik islahalatları müzakirə ediblər.

G.Qaxariya bildirib ki, Gürcüstan hökuməti İsveç Krallığı ilə sıx əməkdaşlığı davam etdirməkdə maraqlıdır. O qeyd edib ki, İsveçin ATƏT-ə sədrliyinin əsas prioritetlərindən biri ATƏT məkanında münaqişələrin həllidir.

A.Linde Gürcüstan tərəfinə münaqişələrin həllində və təsisatların möhkəmləndirilməsi üçün ATƏT-in dəstəyini bir daha təsdiqləyib.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri artıq Gürcüstanın xarici işlər naziri David Zalkaliani və parlament sədri Arçil Talakvadze ilə görüşlər keçirib.

Son xəbərlər

Orphus sistemi