ATƏT-in fəaliyyətdəki sədri, Polşa xarici işlər naziri Zbiqnev Rau Ukrayna ilə Rusiya arasında aparılacaq danışıqlar dövründə tərəfləri atəşkəsə çağırıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündən sonra keçirilən brifinqdə bildirib.
Polşalı nazir həmçinin tərəfləri beynəlxalq hüquqa əməl etməyə, hərbi əsirlərə qarşı ləyaqətli davranışa dəvət edib.