“Gürcüstanın yaxın zamanda koronavirusa qarşı vaksin dozaları əldə etməsi üçün mümkün olan hər şeyi edəcəyik”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel deyib.
Gürcüstan prezidenti Salome Zurabişvili ilə keçirdiyi görüşdən sonra o, peyvəndin ölkəyə tezliklə çatdırılacağına ümidvarlıq ifadə edib.
Ş.Mişel qeyd edib ki, Aİ pandemiya şəraitində bundan sonra da Gürcüstana qəti dəstəyini göstərəcək.