Avropa İttifaqı Gürcüstanın müxalifət liderinin girovunu ödəyib

Avropa İttifaqı Gürcüstanın müxalifət liderinin girovunu ödəyib Bu barədə Aİ-nin Gürcüstan nümayəndəliyindən məlumat verilib
Region
8 May , 2021 15:33
Avropa İttifaqı Gürcüstanın müxalifət liderinin girovunu ödəyib

Avropa İttifaqı (Aİ) Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliyanın 40 min lari məbləğində girovunu ödəyib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstan nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, bu, Gürcüstanda siyasi böhranın aradan qaldırılması üçün növbəti addımdır.

Yerli mətbuatın yazdığına görə, VMHP sədri mayın 13-dək azadlığa buraxılacaq.

Qeyd edək ki, N.Meliya 2019-cu ilin iyunun 21-nə keçən gecə Tbilisidə parlamentin binası qarşısında keçirilmiş kütləvi etiraz aksiyası zamanı qrup halında zorakılıq törətməkdə ittiham olunur. O, girovu ödəməkdən imtina etdiyinə görə fevralın 23-də həbs olunub. Müxalifətçinin cinayət işi üzrə növbəti məhkəmə iclası mayın 13-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi