Avropa İttifaqı (Aİ) münaqişənin davam etdiyi 1 il ərzində Ukraynanın infrastrukturuna dəyən ziyanı qiymətləndirib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı bəyanatda məlumat verilib.
“Rusiyanın tammiqyaslı təcavüzü indiyədək Ukraynanın infrastrukturuna 129 milyard avro dəyərində ziyan vurub”, - bəyanatda bildirilib.