Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə telefon danışığı barədə paylaşım edib.
“Report” xəbər verir ki, o, müzakirələrin səmərəli keçdiyini söyləyib.
“Ukraynanın Avropa İttifaqına üzvlük müraciəti ilə bağlı Avropa Komissiyasının rəyi bir neçə ay ərzində hazırlanacaq. Ukrayna hökumətinə və Avropa Komissiyasına bu barədə göstəriş verilib. Biz birlikdə strateji hədəfimizə doğru irəliləyirik”, - dövlət başçısı bildirib.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında danışıq olub.
“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri tviter səhifəsində yazıb.
“Mən Zelenskini əmin etdim ki, bizim dəstəyimiz davamlı olacaq. Ukraynanın Avropaya gedən yolu başlayıb. Bu, uzaqgörənlik, əzmkarlıq və dözüm tələb edir”, - o bildirib.