Avropa Komissiyasının genişlənmə üzrə Baş direktoru Cənubi Qafqaza səfər edəcək

Avropa Komissiyasının genişlənmə üzrə Baş direktoru Cənubi Qafqaza səfər edəcək Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kopman aprelin 30-dan mayın 4-dək Cənubi Qafqaz ölkələrində səfərdə olacaq.
Region
29 Aprel , 2024 17:54
Avropa Komissiyasının genişlənmə üzrə Baş direktoru Cənubi Qafqaza səfər edəcək

Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kopman aprelin 30-dan mayın 4-dək Cənubi Qafqaz ölkələrində səfərdə olacaq.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i Avropa İttifaqının İrəvandakı nümayəndəliyinə istinadən məlumat yayıb.

Məlumata görə, Baş direktor aprelin 30-da Ermənistana, daha sonra Gürcüstan və Azərbaycana səfər edəcək.

"Səfərin məqsədi ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə etmək, həmçinin yeni təşəbbüslərlə çıxış etməkdir”, - nümayəndəlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi