Avropa Parlamenti Gürcüstana maliyyə yardımını dayandıra bilər

Avropa Parlamenti Gürcüstana maliyyə yardımını dayandıra bilər Avropa Parlamenti Gürcüstana təqribən 60 milyon avro məbləğində olan növbəti maliyyə yardımının ayrılmasını dayandıra bilər
Region
2 Aprel , 2021 11:14
Avropa Parlamenti Gürcüstana maliyyə yardımını dayandıra bilər

Avropa Parlamenti Gürcüstana, təqribən, 60 milyon avro məbləğində olan növbəti maliyyə yardımının ayrılmasını dayandıra bilər.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Azadlıq radiosu”nun Avroparlamentdəki müxbiri Rikard Yozvak tvitter hesabında yazıb.

O qeyd edib ki, Avropa Şurası prezidentinin nümayəndəsi Kristian Danielson parlamentin əsas deputatlarını Gürcüstandakı vəziyyət barədə məlumatlandırıb. Avropa Parlamenti üzvlərinin məsələ ilə bağlı bəyanatla çıxış edəcəkləri gözlənilir, lakin görünür ki, onlar bu ilin oktyabrında Gürcüstana təxminən 60 milyon avroluq maliyyə yardımının ayrılmasının dayandırılmasının lehinə olacaqlar.

Qeyd edək ki, K.Danielsonun vasitəçiliyi ilə Gürcüstanda siyasi böhranın aradan qaldırılması üçün ötən ay hakimiyyət və müxalifət arasında uğursuz nəticələnən danışıqlar aparılıb.

Son xəbərlər

Orphus sistemi