İyulun 3-4-də Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq və daxili işlər naziri Gerhard Karner Türkiyəyə səfər edəcək.
Bu barədə "Report"un yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, avstriyalı nazirlər öz həmkarları Mövlud Çavuşoğlu və Süleyman Soylu ilə görüşəcəklər.
Görüşlərdə regional məsələlər, xüsusilə qeyri-qanuni miqrasiya, terrorla mübarizə və Ukraynadakı proseslər müzakirə ediləcək.