Azərbaycan MDB İqtisadi Şurasının iclasında iştirak edib

Azərbaycan MDB İqtisadi Şurasının iclasında iştirak edib Moskva şəhərində MDB İqtisadi Şurasının sayca 90-cı iclası keçirilib.
Region
18 İyun , 2021 13:59
Azərbaycan MDB İqtisadi Şurasının iclasında iştirak edib

Moskva şəhərində MDB İqtisadi Şurasının sayca 90-cı iclası keçirilib.

“Report”un Rusiya bürosu xəbər verir ki, iclasda MDB-yə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın müxtəlif sahələrinə dair müzakirələr aparılıb.

Azərbaycanı tədbirdə Baş nazirin birinci müavini Yaqub Eyyubov və səfir Polad Bülbüloğlu təmsil edib.

İclasda MDB Dövlətlərarası Statistika Komitəsi tərəfindən üzv ölkələrin 2020-ci ildə iqtisadi inkişafına dair başlıca makroiqtisadi göstəricilər barədə hesabat təqdim olunub. Həmçinin iştirakçılar MDB-yə üzv ölkələrin energetika əməkdaşlığı konsepsiyasının və bərpa olunan enerji mənbələrinin istifadəsilə bağlı konsepsiyanın həyata keçirilməsi üçün ilkin tədbirlər planları ilə tanış olublar.

Bununla yanaşı, MDB-yə üzv ölkələrin Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində satış-sərgi mərkəzlərinin yaradılması da iclasın gündəmində mühüm yer tutub. Bu il qeyd olunacaq MDB-nin 30 illik yubileyilə bağlı tədbirlərdə həmin mərkəzlərin də yaxından iştirak edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi