“Ən çox Gürcüstan vətəndaşları konsulluq qeydiyyatına 5 ölkədə alınıblar”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin müavini Xatuna Totladze bildirib.
Onun sözlərinə görə, siyahıda birinci yeri 13 221 vətəndaşla Yunanıstan tutur: “İkinci yerdə Azərbaycandır. Bu ölkədə 7 038 Gürcüstan vətəndaşı qeydiyyatdan keçib. ABŞ-da 4 312, Ukraynada 3 543, İspaniyada isə 3 124 vətəndaş konsulluq qeydiyyatına alınıb”.
Nazir müavini deyib ki, oktyabrın 31-də Gürcüstan parlamentinə keçiriləcək seçkilərlə bağlı ölkə xaricində seçki məntəqələri yaradılacaq: “Hazırkı mərhələdə neçə seçki məntəqəsinin açılacağ hələ məlum deyil. Oktyabrın 10-dək xaricdə olan Gürcüstan vətəndaşları konsulluq şöbələrində qeydiyyatdan keçəcəklər. Avqustun 11-nə olan göstəriciyə əsasən, qeydiyyatda 52 702 vətəndaş var”.