Azərbaycandan Gürcüstana əlavə ceyran aparılacaq

Azərbaycandan Gürcüstana əlavə ceyran aparılacaq Azərbaycandan Gürcüstana müəyyən sayda ceyranların çatdırılması planlaşdırılır.
Region
19 Aprel , 2022 10:47
Azərbaycandan Gürcüstana əlavə ceyran aparılacaq

Azərbaycandan Gürcüstana müəyyən sayda ceyranların çatdırılması planlaşdırılır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevin Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamugiya ilə keçirdiyi görüşdə bildirilib.

Nazir Azərbaycan tərəfinə Şirvan Milli Parkından Gürcüstana təqdim olunan 83 ceyrana görə təşəkkürünü bildirib. Qeyd olunub ki, Vaşlovani Milli Parkı və Samux vadisində ceyranların populyasiyasının hazırkı sayı 200-ü ötüb.

Gürcüstanda ceyranların populyasiyasının bərpası üzrə layihəyə 2013-cü ildə başlanılıb. Layihə Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) və Azərbaycan hökumətinin fəal dəstəyi ilə həyata keçirilib.

Ceyranların populyasiyasının bərpası gürcü ekoloqların əsas prioritetlərindən biridir.

Son xəbərlər

Orphus sistemi