Azərbaycandan Gürcüstana pul köçürmələrinin həcmi birinci rübdə təxminən 15 % artıb

Azərbaycandan Gürcüstana pul köçürmələrinin həcmi birinci rübdə təxminən 15 % artıb Bu ilin birinci rübünün yekunlarına görə, fiziki şəxslərin Azərbaycandan Gürcüstana pul köçürmələrinin həcmi 14,645 milyon ABŞ dolları təşkil edib.
Region
4 İyul , 2024 21:34
Azərbaycandan Gürcüstana pul köçürmələrinin həcmi birinci rübdə təxminən 15 % artıb

Bu ilin birinci rübünün yekunlarına görə, fiziki şəxslərin Azərbaycandan Gürcüstana pul köçürmələrinin həcmi 14,645 milyon ABŞ dolları təşkil edib.

"Report" xəbər verir ki, bu barədə BMG məlumat yayıb.

Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsaslanan hesablamalara əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,66 % və ya 1,872 milyon ABŞ dolları artıb.

Statistikaya görə, Gürcüstana köçürmələrin ölkə üzrə ümumi köçürmələrin həcmində payı 11,1 % təşkil edir.

Qeyd edək ki, 2023-cü ilin yekunlarına görə fiziki şəxslərin Azərbaycandan Gürcüstana pul köçürmələrinin həcmi 58,849 milyon ABŞ dolları olub.

Son xəbərlər

Orphus sistemi