“NATO Madrid sammitində Gürcüstana dəstəyin genişləndirilməsini elan edəcək”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq deyib.
“Biz tərəfdaşlarımız – Gürcüstan, Bosniya və Hersoqovina, Moldova, həmçinin Mavritaniya və Tunis üçün yeni dəstək paketləri qəbul edəcəyik”, - o bildirib.
Qeyd edək ki, Madrid sammiti 28-30 iyun tarixində keçiriləcək. Toplantıda Alyansın yeni strateji konsepsiyasının qəbul ediləcəyi gözlənilir.
Sammitdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iştirak edəcək. O, bu gün bildirib ki, sammitdə Gürcüstanın NATO-ya inteqrasiya yolunda əldə etdiyi nailiyyətlərin tanınacağına ümid edir.