“Ermənistan kommunikasiyaların açılması məsələsində qərarlıdır”.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında söyləyib.
Onun sözlərinə görə, Ermənistan üçün Rusiya və İranla dəmir yolu əlaqələrinin qurulması fövqəladə əhəmiyyətə malikdir: “Bu məsələnin həll olunması üçün Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli formatda kommunikasiyaların açılması müzakirə olunur. Biz Bakının Naxçıvanla əlaqə qurmaq istəyini də başa düşərək, konkret nəticələrə nail olmaq üçün səy göstərməyə hazırıq və qərarlıyıq”.
N.Paşinyan həmçinin Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasının da gündəlikdə olduğunu bildirib: “Biz bunun üçün lazımi şərtlərin formalaşdırılması sahəsində işləməyə davam edirik”.