Gürcüstanın baş naziri İrakli Qaribaşvili müsəlman həmvətənlərini Qurban bayramı münasibətilə təbrik edib.
“Report”un yerli bürosu xəbər verir ki, hökumət başçısı Gürcüstanın müsəlman icmasını cəmiyyətin ayrılmaz hissəsi adlandırıb.
İ.Qaribaşvili Qurban bayramının sevgi, dəstək, yardım və xeyirxahlıq bayramı olduğunu qeyd edib.
“Gündəlik əməyiniz və vətənə sadiqliyinizlə siz vətənimizin inkişafı və möhkəmlənməsinə əvəzsiz töhfə verirsiniz. Bayramınıza qoşularaq sizə və ailələrinizə firəvanlıq, mənəvi rahatlıq və xoşbəxtlik arzu edirəm”, - təbrikdə deyilir.