Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi Batumi şəhərində dağılan binanın yerində axtarış-xilasetmə işlərini başa çatdırıb.
“Report” xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir.
"Batumidə axtarış-xilasetmə tədbirləri başa çatıb, ərazidə polis əməkdaşları qalır və təhqiqat tədbirləri davam edir", - xəbərdə deyilir.
Qeyd edək ki, Batuminin 26 may küçəsində bina cümə günü səhər çöküb. Gürcüstanın 400 xilasedicisi fasiləsiz rejimdə dağıntılar altında qalanların xilas edilməsi ilə məşğul olurlar. Hadisə zamanı 9 nəfər ölüb, onların 3-ü uşaqdır. Bir neçə nəfər dağıntılar altından sağ çıxarılıb. Dağıntılar altından sağ çıxarılan bir nəfərin vəziyyəti ağır qiymətləndirilir.