Gürcüstanda son sutka ərzində təsdiqlənən koronavirusa 38 yeni yoluxma halının 22-si Batumidə qeydə alınıb.
“Report”un yerli bürosu xəbər verir ki, ölkənin baş naziri Giorgi Qaxaria şəhərdə epidemioloji vəziyyətin pisləşdiyini bildirib.
Onun sözlərinə görə, Batumidə xüsusi karantin rejiminin elan olunması və şəhərə giriş-çıxışın bağlanılması müzakirə olunmur.
Qeyd edək ki, 22 yeni yoluxma halı şəhərdə fəaliyyət göstərən şirniyyat evlərindən biri ilə bağlıdır. Batumidə bulvar ərazisində koronavirus testlərinin aparıldığı çadırlar qurulub. Bununla yanaşı şəhərin 5 poliklinikasında ödənişsiz COVID-19 testləri həyata keçiriləcək.