Gürcüstanın Batumi şəhərində koronavirusa yoluxan hamilə qadınların sayı 25-ə çatıb.
“Report”un yerli bürosu xəbər verir ki, Batumi Doğum Evində müalicə olunan pasiyentlər xəstəliyi simptomsuz keçirirlər.
Qadınlardan biri qeysəriyyə əməliyyatı olunub. Körpənin virusa yoluxub-yoluxmamasını müəyyən etmək üçün bioloji nümunəsi laboratoriyaya göndərilib.
Qeyd edək ki, Acarıstanda son sutkada daha 165 nəfərdə COVID-19 aşkarlanıb.