Gürcüstanın Batumi şəhərində yağan güclü yağışlar mərkəzi küçə və prospektləri yenə su altında qoyub.
“Report”un yerli bürosu xəbər verir ki, yaşayış evləri ilə yanaşı, kommersiya obyektlərini də su basıb.
Batumi meriyasından bildirilib ki, su basmış küçələrə xüsusi texnika cəlb olunub, fəsadların aradan qaldırılması üzrə işlər aparılır. Sakinlər dəymiş ziyanın ödənilməsi və drenaj kanallarının təmir olunmasını tələb edirlər.
Qeyd edək ki, sentyabrın 22-də də şəhərdə eyni mənzərə olub.