Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının birgə iştirakı ilə avqustun 9-da yeni hərbi təlim keçirməyə başlayıb.
“Report” xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimlər qoşun növlərinin müəyyən edilmiş hazırlıq planı üzrə keçir.
Hərbi tədbir avqustun 9-dan 25-dək sürəcək.
Qeyd edək ki, Belarus Müdafiə Nazirliyi Silahlı Qüvvələrinin Ukrayna ilə sərhəddə keçirdiyi 15 həftəlik təlimi avqustun 13-dək davam edəcək.