Minsk sakinləri kimə səs verib?

Minsk sakinləri kimə səs verib? "Belarusda keçirilən prezident seçkilərində seçicilərin 64,49 %-i səsini Aleksandr Lukaşenkoya, 14,92 %-i isə müxalifətçi Svetlana Tixanovskayaya verib"
Region
13 Avqust , 2020 14:25
Minsk sakinləri kimə səs verib?

"Belarusda keçirilən prezident seçkilərində paytaxt Minsk sakinlərinin 64,49 %-i səsini Aleksandr Lukaşenkoya, 14,92 %-i isə müxalifətçi Svetlana Tixanovskayaya verib".

“Report” xəbər verir ki, bunu Belarus Mərkəzi Seçki Komissiyası açıqlayıb.

Bildirilib ki, hazırkı prezident Minsk vilayətində səslərin 79,23 %-ni, Mogilyovda 88,06%-ni, Qrodnendə 78,72%-ni, Qomeldə 85,38%-ni, Vitebskdə 83,64%-ni, Brestdə isə 81,78%-ni ala bilib.

Qeyd olunub ki, A.Lukaşenkonun rəqibi S.Tixanovskayanın ən çox səs ala bildiyi vilayət isə Qrodnen olub – 13,81%.

Son xəbərlər

Orphus sistemi