Belarus prezidenti Aleksandr Lukaşenko yaxın vaxtlarda Tehrana səfər etməyi planlaşdırır.
“Repor” xəbər verir ki, bu barədə Belarus liderinin İran prezidenti İbrahim Rəisiyə İslam İnqilabının qələbəsinin 44-cü ildönümü münasibətilə göndərdiyi təbrik məktubunun mətnində deyilir.
“Mən yaxın gələcəkdə Tehrana səfər etməyi, ikitərəfli, regional və beynəlxalq gündəlikdəki aktual məsələləri müzakirə etməyi səbirsizliklə gözləyirəm”, - məktubda deyilir.