Belarusda güclü külək 450-dən çox yaşayış məntəqəsinə zərər vurub

Belarusda güclü külək 450-dən çox yaşayış məntəqəsinə zərər vurub Belarusda sürəti 32 m/s-yə çatan güclü külək 450-dən çox yaşayış məntəqəsinə zərər vurub.
Region
15 Yanvar , 2022 12:47
Belarusda güclü külək 450-dən çox yaşayış məntəqəsinə zərər vurub

Belarusda sürəti 32 m/s-yə çatan güclü külək 450-dən çox yaşayış məntəqəsinə zərər vurub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Təbii fəlakət nəticəsində 427 yaşayış evinin, 66 sosial-mədəni obyektin, 20 istehsal və 602 kənd təsərrüfatı binasının damına zərər dəyib.

Ölkənin bəzi rayonlarında ağaclar qırılaraq, dəmir yollarının və elektrik naqillərinin üzərinə düşüb.

Son xəbərlər

Orphus sistemi