Ötən gecə prezident seçkilərinin ilkin nəticələrinə etirazlar fonunda Belarusun Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Hökumət evindən təxliyə edilib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu MSK sədri Lidiya Yermoşınanın özü bildirib.
Qeyd edək ki, ötən gün Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, ilkin nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun sonucunda ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə bir neçə nəfərin yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb.