Keçmiş Baş nazir Binyamin Netenyahu ABŞ Prezidenti Cozef Baydenlə İsrailin hazırkı kökumət başçısı Naftali Bennetin görüşünə münasibət bildirib.
“Report” “Habertürk”ə istinadən xəbər verir ki, o, ABŞ dövlət başçısının görüş zamanı yuxuladığına eyham vurub və Co Baydenin "çox diqqətli" olduğunu deyib.
B.Netenyahunun partiyası isə bununla bağlı açıqlama yayıb və onun Baydeni yox, hazırkı Baş naziri tənqid etdiyini vurğulayıb.