BMT Ermənistanı yezidi hüquq müdafiəçisinə qarşı təqibi dayandırmağa çağırıb

BMT Ermənistanı yezidi hüquq müdafiəçisinə qarşı təqibi dayandırmağa çağırıb “Ermənistan insah hüquqları müdafiəçisi, Yezidi İnsan Hüquqları Mərkəzinin təsisçisi, milli azlıqların hüquqlarını müdafiə etdiyinə görə cinayət təqibi ilə üzləşən Saşik Sultanyana qarşı hədə-qorxulara son qoymalıdır”.
Region
13 Avqust , 2021 14:07
BMT Ermənistanı yezidi hüquq müdafiəçisinə qarşı təqibi dayandırmağa çağırıb

“Ermənistan insah hüquqları müdafiəçisi, Yezidi İnsan Hüquqları Mərkəzinin təsisçisi, milli azlıqların hüquqlarını müdafiə etdiyinə görə cinayət təqibi ilə üzləşən Saşik Sultanyana qarşı hədə-qorxulara son qoymalıdır”.

“Report” xəbər verir ki, bu barədə BMT İnsan Hüquqları Ali Komissarı Ofisinin (OHCHR) saytında yerləşdirilən açıqlamada bildirilib.

Vurğulanıb ki, S.Sultanyan ötən il verdiyi müsahibəyə görə nifrət və zorakılığı qızışdırmaq maddəsilə ittihamlara tuş gəlib. O, Ermənistanda milli azlıqlar mövzusunu qabartdığı, o cümlədən ölkə ərazisində XIX əsrin sonu - XX əsrin əvvəllərindən məskunlaşmış yezidi kürdlərin hüquqlarını müdafiə etdiyi üçün hədəfə götürülüb.

“Biz Ermənistanı Sultanyanı və milli azlıqların hüquqları uğrunda çıxış edən digərlərini qorxutmaq üçün tərtib olunduğu güman edilən bu cinayət ittihamlarına xitam etməyə çağırırıq. Bunlar başqa, hüquq müdafiəçilərinin, xüsusilə gənclərin bu işdən əlini soyuda bilər”, - açıqlamada qeyd olunub.

Diqqətə çatdırılıb ki, S.Sultanyan fəaliyyətində ifadə azadlığı kimi beynəlxalq hüquqi normaya söykənib.

Xatırladaq ki, əvvəllər OHCHR əməkdaşı, hazırda gənc fəal olan S.Sultanyan yezidi əhalisinin problemlərinə dair yezidinews.am saytına verdiyi müsahibə ilə bağlı ötən ilin noyabr ayında Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən barəsində istintaq başlanmış və bu il avqustun 4-də məsələ məhkəməyə təqdim olunmuşdu. Hazırda OHCHR-nin üç eksperti bununla bağlı Ermənistan hökuməti ilə təmaslar yürüdür.

Son xəbərlər

Orphus sistemi