Gürcüstanda “Borjomi” mineral sularının istehsalı zavodunun işçilərinin bu gün səhər saatlarından başlayan tətili davam edir.
“Report”un yerli bürosu xəbər verir ki, müəssisə əməkdaşlarının rəhbərliklə apardıqları danışıqlar nəticəsiz yekunlaşıb.
İşçilər bildiriblər ki, zavod rəhbərliyi dialoqa hazır olsa da, digər bölgələrdən işçi qüvvəsi cəlb etməyi planlaşdırır.
Tətilçilər bu gecə boyu zavod yaxınlığında qalacaqlarını bildiriblər. Əraziyə polis əməkdaşları cəlb olunub.
Qeyd edək ki, “Borjomi”nin işçiləri iş şəraitinin yaxşılaşdırılması və əməkhaqlarının artırılmasını tələb edirlər. Tələblər yerinə yetirilməyənə qədər tətilin davam etdiriləcəyi bildirilib. Tətil səbəbindən Gürcüstanın əsas ixrac məhsullarından biri olan “Borjomi” mineral sularının istehsalında müəyyən ləngimələr yaranıb.
Gürcüstanda “Borjomi” mineral sularının istehsal olunduğu zavodun işçiləri bu gündən tətil keçirirlər.
“Report”un yerli bürosu xəbər verir ki, onlar əmək şəraitinin yaxşılaşdırılması və əməkhaqqının artırılmasını tələb edirlər.
Tətil səbəbindən müəssisədə istehsal prosesi tam dayandırıla bilər.