Böyük Britaniya “insan hüquqlarını pozduğu və demokratiyaya təzyiqlər etdiyi üçün” Belarus hökumətinə iqtisadi, ticarət və aviasiya sahələrində yeni sanksiyalar tətbiq edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytı məlumat yayıb.
“Bu sanksiyalar sübut edir ki, Birləşmiş Krallıq seçkiləri saxtalaşdırdıqdan sonra Aleksandr Lukaşenkonun atdığı addımlara dözməyəcək. Lukaşenko rejiminin dövlət müəssisələrinin istehsal etdiyi məhsulların Krallıqda satılmasına icazə verilməyəcək, bizim aviaşirkətlər prezidentin aviaparkına məxsus təyyarələrə qarşılıq verməyəcək”, - Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab bildirib.