BQXK-nın Baş direktoru Rusiya XİN başçısı ilə ikitərəfli əməkdaşlığı müzakirə edəcək

BQXK-nın Baş direktoru Rusiya XİN başçısı ilə ikitərəfli əməkdaşlığı müzakirə edəcək “Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Qarabağ, Ukrayna, Suriya və Afrikada ikitərəfli əməkdaşlığı müzakirə etmək niyyətindəyik”.
Region
23 İyun , 2021 16:13
BQXK-nın Baş direktoru Rusiya XİN başçısı ilə ikitərəfli əməkdaşlığı müzakirə edəcək
Piter Maurer

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Qarabağ, Ukrayna, Suriya və Afrikada ikitərəfli əməkdaşlığı müzakirə etmək niyyətindəyik”.

“Report” xəbər verir ki, bunu Moskvada keçirilən təhlükəsizlik konfransında iştirak edən Beynəlxalq Qırmız Xaç Komitəsinin (BQXK) Baş direktoru Piter Maurer “RİA Novosti”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, rusiyalı nazirlə müzakirə edəcəkləri məsələlər çox əhatəlidir: “Biz müzakirə zamanı Afrikadakı münaqişəli regionlara da toxuna bilərik. Rusiyanın Saxel ölkələri, Mərkəzi Afrika Respublikasında və başqa yerlərdə iştirak etməkdə maraqlı olduğunu görürük”.

Maurer konfrans çərçivəsində S.Lavrovla Myanma və Əfqanıstandakı vəziyyəti də müzakirə etmək niyyətində olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi