Böyük Britaniyanın İrandakı səfiri Saymon Şerkliff Tehranla bağlı xoşagəlməz bəyanatlarla əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb.
"Report" xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
XİN-də səfirə sərt etiraz bildirilib.
Bundan əvvəl yanvarın 29-da Böyük Britaniyanın Baş naziri Rişi Sunak iranpərəst qrupların İordaniya-Suriya sərhədindəki Amerika hərbi bazalarından birinə hücumunu şərh edərək, İranı Yaxın Şərqdə gərginliyi azaltmaq üçün hərəkətə keçməyə çağırıb.
Həmin gün Böyük Britaniya hökuməti İrana qarşı sanksiyalar siyahısını genişləndirərək yeddi fiziki şəxsi və İslam İnqilabı Keşikçiləri Korpusunun 840 nəfərlik Qüds Qüvvələrini oraya daxil edib.