Bu gün Türkiyə və Litva prezidentləri görüşəcəklər

Bu gün Türkiyə və Litva prezidentləri görüşəcəklər Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Litvanın Prezidenti Gitanas Nauseda Türkiyəyə səfər edəcək.
Region
10 Mart , 2023 08:19
Bu gün Türkiyə və Litva prezidentləri görüşəcəklər

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Litvanın Prezidenti Gitanas Nauseda Türkiyəyə səfər edəcək.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, paytaxt Ankaraya işgüzar səfəri çərçivəsində Litva Prezidenti türkiyəli həmkarı ilə görüşəcək.

Görüşdə Türkiyə və Litva arasındakı ikitərəfli münasibətlər nəzərdən keçiriləcək, əməkdaşlığın genişləndirilməsi üçün atıla biləcək addımlar ətrafında fikir mübadiləsi aparılacaq.

Agentliyin məlumatına görə, danışıqlarda ikitərəfli münasibətlərlə yanaşı, cari ilin 11-12 iyul tarixlərində Baltikyanı ölkənin paytaxtı Vilnüsdə təşkil ediləcək NATO dövlət və hökumət başçılarının zirvəsinin hazırlıqları başda olmaqla, Alyansı maraqlandıran mövzuların müzakirəsi, Türkiyə-Avropa İttifaqı münasibətləri ilə regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi