Ermənistanda 2021-ci ilin 8 ayı ərzində hava nəqliyyatı ilə gedən vətəndaşların sayı gələnlərin ümumi sayından 64 078 nəfər çoxdur.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilir ki, 9 ayda hava nəqliyyatı ilə gedən vətəndaşların sayı gələnlərdən 74 506 nəfər, 10 ayda isə gələnlərin sayından isə 84 934 nəfər çox olub.
Məlum olub ki, Ermənistandan miqrasiyanın mənfi saldosu 3 ay ərzində demək olar, 21 min nəfər və ya 33% artıb.
Qeyd edək ki, bununla bağlı statistik göstəricilər ötən il də analoji olub. Belə ki, Ermənistanı tərk edənlərin sayı ölkəyə gələnlərin sayından çox idi. Statistika Komitəsi on minlərlə erməninin ölkəni birdəfəlik tərk etdiyini, Rusiya, eləcə də digər ölkələrdə vətəndaşlıq aldığını açıqlamışdı.