Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Rumıniyaya səfərə gedib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
XİN başçısı aprelin 22-23-də Buxarestdə keçiriləcək Türkiyə, Polşa və Rumıniya xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək. Görüşdə regional təhlükəsizlik, Gürcüstan və Ukraynanın NATO-ya inteqrasiyası məsələləri müzakirə olunacaq.
D.Zalkaliani Türkiyə, Rumıniya, Ukrayna və Polşa XİN başçıları ilə təkbətək görüşlər keçirəcək. Gürcüstan və Rumıniya XİN-ləri arasında 2021-2022-ci illər üçün fəaliyyət planının imzalanması da nəzərdə tutulub.