Beynəlxalq Valyuta Fondu (BVF) Ermənistanın iqtisadi planını dəstəkləmək məqsədi ilə bu ölkəyə 165,6 milyon dollara yaxın maliyyə vəsaiti ayırmaq niyyətindədir.
“Report” "Armenpress”ə istinadən xəbər verir ki, məlumatı fond yayıb.
BVF ilə Ermənistan arasında üçillik sazişin imzalanmasına dair razılıq əldə olunub.
Sənəd fondun İcraiyyə Şurası tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək. Şura dekabr ayında bu məsələyə baxacaq.
Məlumata görə, Ermənistanın müraciəti əsasında maliyyə qurmunun bir qrup əməkdaşı 3 illik iqtisadi proqramı öyrənmək üçün sentyabrın 26-dan oktyabrın 6-dək İrəvanda araşdırmalar aparıb.