“PKK-nın İraqda mövcudluğunu əsla qəbul etməyəcəyik”.
“Report” xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bunu Bağdad Əməkdaşlıq və Tərəfdaşlıq Konfransında çıxışı zamanı söyləyib.
“PKK terror təşkilatının İraqda mövcudluğunu əsla qəbul etməyəcəyik. İraqın da təhlükəsizliyini və suverenliyini təhdid edən terrorizmlə mübarizə üçün dəstək verməyə hazırıq. Bölgənin gələcəyində terrorizmə yer yoxdur. PKK, İŞİD, FETÖ kimi bir neçə terror təşkilatı ilə mübarizə aparan ölkə olaraq terrorun qaranlıq üzünü yaxşı tanıyırıq”, - o qeyd edib.