Mövlud Çavuşoğlu Serbiya XİN başçısı ilə görüşüb

Mövlud Çavuşoğlu Serbiya XİN başçısı ilə görüşüb Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Serbiyaya səfər edib.
Region
1 Sentyabr , 2021 13:06
Mövlud Çavuşoğlu Serbiya XİN başçısı ilə görüşüb
Mövlud Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Serbiyaya səfər edib.

“Report” xəbər verir ki, bu barədə nazirin tviter səhifəsində məlumat verilib.

M.Çavuşoğlu serbiyalı həmkarı Nikola Selakoviçlə görüşüb.

Nazir həmçinin Yenipazar bölgəsində bələdiyyə sədri Nihat Bişevacla görüşüb, onun burada Türkiyə baş konsulluğunun açılışında iştirakı planlaşdırılıb.

Qeyd edək ki, Türkiyə XİN başçısının Serbiya Prezidenti, Baş naziri və parlament sədri ilə də görüşlər keçirməsi nəzərdə tutulmuşdu. Görüşlərdə ikitərəfli münasibətlər, əməkdaşlığın gücləndirilməsinə yönələn addımların atılması, regional və beynəlxalq gündəliyin müzakirəsi planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi