“Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının üçtərəfli görüşü ən qısa zamanda reallaşdırılacaq”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı David Zalkaliani ilə keçirdiyi birgə brifinqdə deyib.
Onun sözlərinə görə, Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi kimi, Gürcüstanın da torpaq bütövlüyünü dəstəkləyir.