Rusiya Federasiyasının Çeçenistan Respublikası ərazisində dağlarda itkin düşən 14 nəfərlik qrup sağ-salamat tapılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Açxoy-Martan sakini bildirmişdi ki, Sunjen rayonunun Bamut kəndi ərazisində dağlıq-meşəliyə ayı soğanı toplamağa gedən 14 nəfərlik qrup itkin düşüb. Onun sözlərinə görə, həmin şəxslərlə əlaqə saxlamaq mümkün olmayıb.
Ərazidə axtarış-xilasetmə əməliyyatı keçirilib və itkin düşən qrup tapılıb.
"Meşəyə gedən qrup Arştı kəndi ərazisində aşkarlanıb", - nazirlikdən bildirilib.