Cozef Bayden: "ABŞ Ukraynaya 700-dən çox tank verəcək"

Cozef Bayden: "ABŞ Ukraynaya 700-dən çox tank verəcək" ABŞ və müttəfiq ölkələr Ukraynaya 700-dən çox tank verəcək.
Region
20 Fevral , 2023 17:06
Cozef Bayden: ABŞ Ukraynaya 700-dən çox tank verəcək

“ABŞ və müttəfiq ölkələr Ukraynaya 700-dən çox tank verəcək”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden fevralın 20-də Kiyevə səfəri zamanı deyib.

O bildirib ki, ABŞ və 50 müttəfiq dövlət Ukraynaya ümumilikdə, 700-dən çox tank, 1000-dən artıq zirehli texnika, 1000 artilleriya sistemi və 2 milyondan çox top mərmisi verəcək.

Xatırladaq ki, C.Bayden fevralın 20-də gözlənilmədən Kiyevə səfər edib. O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Son xəbərlər

Orphus sistemi