"ABŞ Prezidenti Cozef Baydenin Ukraynaya mümkün səfəri Vaşinqtonda müzakirə edilib".
“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ liderinin milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan bildirib.
“Biz bu barədə danışdıq. Düşünürəm ki, Prezident Ukraynaya getməkdən məmnun olar. Lakin bu, hələ ki ciddi şəkildə planlaşdırılmayıb”, - o deyib.
C.Sallivan vurğulayıb ki, təhlükəsizlik baxımından ABŞ rəsmilərinin Kiyevə səfəri barədə danışmaq istəmir.