Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla telefonla danışıb.
“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Prezident Ofisindən bildirilib.
Tərəflər cəbhədəki son durumu, o cümlədən Baxmutun müdafiəsini müzakirə ediblər.
A.Yermak və C.Sallivan telefon danışığı zamanı Rusiya ordusunun martın 1-də Ukrayna ərazisinə PUA-larla hücumu barədə danışıblar.
Onlar ötən həftə ABŞ Prezidenti Cozef Baydenin Kiyevə səfəri və Ukrayna lideri Volodimir Zelenski ilə görüşünün nəticələri barədə də fikir mübadiləsi aparıblar.
Bundan başqa, A.Yermak və C.Sallivan ədalətli sülh düsturunu da müzakirə ediblər.