“Cümhur İttifaqı”na daxil olan partiyanın sədri: “Mayın 29-dan Türkiyə əsrinin başlanğıcını qeyd edəcəyik”

“Cümhur İttifaqı”na daxil olan partiyanın sədri: “Mayın 29-dan Türkiyə əsrinin başlanğıcını qeyd edəcəyik” “Mayın 29-dan etibarən Türkiyə əsrinin başlanğıcını qeyd edəcəyik”.
Region
27 May , 2023 17:03
“Cümhur İttifaqı”na daxil olan partiyanın sədri: “Mayın 29-dan Türkiyə əsrinin başlanğıcını qeyd edəcəyik”

“Mayın 29-dan etibarən Türkiyə əsrinin başlanğıcını qeyd edəcəyik”.

“Report”un Türkiyəyə ezam olunan əməkdaşının xəbərinə görə, bunu Cümhur İttifaqına daxil olan Yenidən Rifah Partiyasının sədri Fateh Ərbakan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) mayın 27-də İstanbul Beykozda təşkil etdiyi mitinqində çıxışı zamanı deyib.
Partiya sədri bildirib ki, 14 mayda əziz millətimiz öz iradəsini göstərib:

“Sabah ikinci addımı atacaq və xalqımız bir daha tarixi addımı ataraq Rəcəb Tayyib Ərdoğanı prezident seçəcək”.
“Bu ölkənin 8 başlı bir iqtidarın xaosunda boğulmasına icazə verməyəcəyik. Dəstəkçiləri terror təşkilatları olanlara sabah ən güclü cavab veriləcək və bununla da xalqımız qazanacaq”-, F. Ərbakan vurğulayıb.

Son xəbərlər

Orphus sistemi