Rusiyanın Dağıstan Respublikasının Akkuşi rayonunun Ameterkmahi kəndində baş verən atışma nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
“Report” TASS-a istinadən bildirir ki, atışma nəticəsində kənd məscidinin imamı ölüb, iki nəfər yaralanıb.
Hücum edən şəxs də zərərsizləşdirilib.
Hadisə barədə hələlik ətraflı məlumat yayılmayıb.