Dağıstanın paytaxtı Mahaçqalada 5 min ton həcmində mazut anbarda yanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstandakı regional baş idarənin mətbuat xidməti məlumat verib.
Anbar "Dağıstan Neft Məhsulları" Açıq Tipli Səhmdar Cəmiyyətinə məxsusdur. Hadisə yerinə 14 yanğınsöndürən maşın və heyət cəlb edilib.