Dağıstanın Karabudaxkent rayonunun Kakamaxi kəndində oktyabrın 24-26-sı tarixlərində 5 qarayara faktı qeydə alınıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Səhiyyə Nazirliyi bildirib.
Qeyd edilib ki, 5 hadisədən 4-ü tibb işçilərinin evlərə baxışı zaman 4 nəfərdə aşkarlanıb. Pasiyentlərin hamısı təcrid edilib və hospitala yerləşdiriliblər.
Məlumata görə, sonuncu dəfə 2019-cu ilin oktyabrında Respublikanın Novolak rayonunun Novokuli kəndində 4 yoluxma faktı qeydə alınıb.