Dağıstanda zəhərlənənlərin sayı artıb

Dağıstanda zəhərlənənlərin sayı artıb Buynakskda artıq yüzdən çox insan zəhərlənmə ilə həkimə müraciət edib, 83 nəfər xəstəxanaya yerləşdirilib ki, onların da yarıdan çoxu uşaqlardır.
Region
14 Yanvar , 2021 14:02
Dağıstanda zəhərlənənlərin sayı artıb

Rusiya Federasiyasının Dağıstan Respublikasının Buynaksk şəhərindən artıq 100-dən çox insan zəhərlənmə ilə həkimə müraciət edib, 83 nəfər xəstəxanaya yerləşdirilib ki, onların da yarıdan çoxu uşaqlardır.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə şəhər meriyası məlumat yayıb.

Qeyd olunub ki, ümumilikdə 115 nəfər tibbi yardım üçün müraciət edib, 69 uşaq müalicə alır. Zərərçəkənlər yüngül və orta dərəcədə zəhərləniblər. Xəstələrin hamısında hərarət, ürək bulanması, qusma və bağırsaq narahatlığı var.

Daha əvvəl Dağıstanda kütləvi zəhərlənmə olduğu barədə məlumat verilmişdi.

Son xəbərlər

Orphus sistemi