Rusiya Federasiyasının Dağıstan Respublikasında zəlzələ baş verib.
“Report” TASS-a istinadən xəbər verir ki, yeraltı təkan Rixter şkalası ilə 5,1 balla qiymətləndirilib.
Zəlzələnin ocağı yerin 20 kilometr dərinliyində yerləşib.
Bildirilib ki, yeraltı təkan Bejtin, Botlix, Axvax, Untsukul yaşayış məntəqələrində hiss olunub.
Fəsadlar barədə məlumat yoxdur.