Macarıstanda koronavirusun Böyük Britaniyadan qaynaqlanan yeni ştammı aşkarlanıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Macarıstanın baş sanitar həkimi Sesiliya Müller deyib.
“Mənim həmkarlarım artıq qonşu ölkələrdə qeydə alınan virusun “Britaniya” variantını 3 pasiyentin analizlərində müəyyənləşdiriblər”, - S.Müller bildirib.
Dekabrın 14-də Böyük Britaniya səhiyyə naziri Mett Henkok Britaniya alimlərinin mutasiyaya uğramış koronavirus növü qeydə aldıqlarını açıqlayıblar. Artıq bir çox ölkədə koronavirusun yeni ştammı aşkarlanıb.