Danilov: “2020-ci ildən Rusiyanın buradakı agenturasını məhv edirdik”

Danilov: “2020-ci ildən Rusiyanın buradakı agenturasını məhv edirdik” Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Oleksiy Danilov Rusiyanın ölkədəki agenturasını hələ 2020-ci ildə məhv etməyə başladıqlarını bildirib.
Region
25 Fevral , 2023 07:06
Danilov: “2020-ci ildən Rusiyanın buradakı agenturasını məhv edirdik”

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Oleksiy Danilov Rusiyanın ölkədəki agenturasını hələ 2020-ci ildə məhv etməyə başladıqlarını bildirib.

“Report” xəbər verir ki, bu barədə Danilov “Azadlıq Radiosu”nun Ukrayna xidmətinin feysbukda yayımlanan efirində bildirib.

“Müharibə Putin Krım yarımadasına soxulduqda başlamışdı. Və, çox təəssüf ki, o zaman o, Ukrayna tərəfindən müqavimət görmədi və davam etdi”, - katib vurğulayıb.

O qeyd edib ki, Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsinin “ilkin işartıları” 2021-ci ilin oktyabrın 30-da ortaya çıxmağa başlayıb.

“2020-ci ildən burada Rusiyanın agenturasını məhv edirdik və media adlanan, lakin əslində təbliğatdan ibarət olan Rusiya mətbuatının rolunu yığışdırırdıq. Biz ölkəni müharibəyə hazırlaşdırırdıq”, - MTMŞ-nin katibi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi